Sosial şəbəkələrin birində paylaşılan foto hər kəsin təəccübünə səbəb olub.
Teleqraf.com-un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, fotoda Əfqanıstan polisinin saxladığı motosikletə 9 nəfərin mindiyi görünür.
Sərnişinlərdən səkkizi uşaqdır. Nəqliyyat vasitəsinin yanacaq çəninin üstündə 3 uşaq oturub, uşaqların atası olduğu güman edilən kişinin arxasında isə 5 qız uşağı var.