31 Yanvar 2015 23:04
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin keçmiş din xadimi Are Blumxof kilsənin Betanien xeyriyyə fondundan 15 milyon kronu (2 milyon dolar) İspaniyada fahişələrlə gecə keyfinə xərclədiyini etiraf edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, keçmiş din xadimi bu pulları 7 il ərzində xərclədiyini bildirib. "Bu xəstəlik, narkomaniya kimi bir şey idi", - o, deyib.

Xəbərə görə, gecə ziyafətləri zamanı fahişələr hər dəfə 1,3-1,7 min dollar qazanıblar.

Blomxof alkooldan əziyyət çəkdiyini də etiraf edib. Məhkəmədə o, gnahını tam etiraf edib. Yaxın vaxtlarda ona hökm oxunacaq.

Blomxofun rəhbərlik etdiyi Betanien fondunun Berqensk filialı Norveçin şimalında xəstəxana, uşaq bağçası, məktəb, qocalar evi və reabilitasiya mərkəzini himayə edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər