Las-Veqasda təşkil olunan Elektronika Sərgisində(CES 2015) "Mercedes-Benz" gələcəyin superavtomobili - Mercedes F 015 "Luxury in Motion" modelini təqdim edib.
Teleqraf.com xəbər verir ki, F 015 "Luxury in Motion" avtomobilinin özəlliyi sürücüsüz idarə olunmasıdır. Avtomobilin salonu kosmik gəminin kapsulunu xatırladır və hərəkətdə olarkən piyadalarla kontaktda olur. Bu da avtomobilə piyada keçidinə yaxınlaşarkən keçiddən istifadə edən piyadalara yol verməsinə şərait yaradır. Avtomobil hidrogen yanacağı ilə işləyir.
Qeyd edək ki, F 015 "Luxury in Motion" yalnız superavtomobil kimi nümayiş olunub və satışa çıxarılmayacaq.
Rüstəm