Dünyanın ən zəngin insanları sırasında 34-cü olan səudiyyəli iş adamı şahzadə Əl Vəlid Bin Talal Türkiyəyə gəlib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, şahzadə Əl Vəlid əvvəlcədən hazırlanmış yeməkxanaya gedib. O, jurnalistlərdən çəkiliş etməmələrini xahiş edib.
Onun təkcə su və alkoqolsuz içkilərə 5 min dollar ödədiyi deyilir. Məkan sahibləri ödənilən məbləğ barədə açıqlama verməyib.
Qeyd edək ki, 60 yaşlı iş adamı bir müddət əvvəl 32 milyard dollarlıq sərvətinin hamısını xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.
Rüstəm