ABŞ-ın Mississipi ştatındakı "Delta State" Unversiteti yasa bürünüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı müəllim Şannon Lamb həmkarı 39 yaşlı müəllim Ethan Şmiti iş otağında güllələyib.
O, eyni gündə birlikdə yaşadığı sevgilisi 41 yaşlı Ami Prentisidə silahla vuraraq öldürdüyü məlum olub.
Şannon universitetdə həmkarını qətlə yetirdikdən sonra qaçıb. Polisin saatlarla davam edən təqibindən sonra qaçmağa yeri qalmayan qatil intihar edib.
Hazırda polis araşdırma aparır. İlkin versiya kimi qətlin qısqanclıq zəmnində baş verə biləcəyi düşünülür.
Rüstəm