Restoranda hesabın çox gəldiyini görən və silaha əl atan qadın həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl şirkətin müdirəsi olan Y.D. dostları, qızı və bacısı ilə birlikdə restorana gediblər. Dostları və ailəsi ilə gözəl gün keçirdən Y.D. ofisiantdan hesabı istəyib. Hesabın 450 TL olduğunu görən Y.D. özündən çıxıb. Restoran əməkdaşlarının hesaba əlavə içki, salat yazdıqları məlum olub. Y.D. hesabı ödəmək üçün plastik kartını verib. Bu zaman ofisiantın 2500 TL pul çıxarmaq istədiyini görən Y.D.-nin dostu E.D. hadisəyə müdaxilə edib. O, "Onsuz siyahıya vermədiyimiz sifarişləri əlavə etmisiz, hələ utanmadan artıq pulda çəkməyə çalışırsız. 250 TL çəkin" deyib.
Onlar 50 TL də verib getmək istəyən zaman məkan sahibi çox ədəbsiz söyüş söyərək "Bir də bura gəlməyin" deyib. Arxada olan başqa bir işçi isə "pulun yoxdusa, səninlə hesablaşarıq, arxaya gəl" söyləyib. Əsəbləşən qadın isə atasından qalan tapançasını çıxardaraq havaya iki dəfə atəş açıb.
Hadisədən sonra qohumunun yanına gedən Y.D. polis tərəfindən saxlanılıb. Faktla bağlı istintat başlanılıb.
Rüstəm