«Elazığ Bələdiyyəspor»un sabiq direktorui Sərxan Q. ilə taxta-şalban taciri olan dostu Suat K. oteldə tanış olduqları iki stüardessaya təcavüz etməkdə ittiham olunub. Sərxan Q. həbs olunub, Suat K. hazırda axtarışdadır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də baş verib. Stüardessalar axşam qaldıqları 4 ulduzlu otelin restoranına yeməyə gediblər. Bir müddət sonra yan masada oturan Suat K. və Sərxan Q. ilə tanış olublar. Daha sonra onlar eyni masada əyləşiblər. Yeməkdən sonra qızlar otağa qalxanda, iş adamları da qəhvə içmək bəhanəsi ilə onlara qoşulublar. Sonra isə stüardessalarla birlikdə olmaq istəyiblər. “Yox” cavabı alan dostlar qızları döyərək zorla birlikdə olmağa çalışıblar. Suat K.-nin əlindən qaçan stüardessalar otel mühafizəçilərindən kömək istəyib. Suat isə digər stüardessanı zorlayıb. Daha sonra iş adamları oteldən gediblər.
Otelin gecə mühafizəsinin rəhbəri Turgay Ö. isə hadisəni ört-basdır etməyə çalışıb. Bu zaman stüardessalardan biri polkovnik olan atasına zəng edərək olanları danışıb. Atanın işə qarışması nəticəsində polis dəstələri otelə gəlib. Polisə ifadələrində stüardessalar hər iki iş adamından və otelin mühafizəsinin rəisi Turgay Ö.-dən şikayətçi olublar.
Respublika Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.
Sərxan Q. özü prokurorluğa təslim olub. O, bütün ittihamları rədd edib. Sərxanla bərabər otel mühafizəsinin rəhbəri Turgay Ö. da həbs olunaraq həbsxanaya göndərilib. 38 yaşlı Suat K. isə hazırda axtarışdadır.
Tibbi müayinədən keçirilən stüardessaların döyüldüyü və təcavüzə məruz qaldığı təsdiqlənib.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm