10 Dekabr 2015 08:53
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda masaüstü fərdi kompüter (FK) və noutbuklarda «3D» kameraların əlçatan olması və «Cortana» səsli köməkçisinə malik «Windows 10» əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsi ilə əlaqədar kompüterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək.


«Gartner» tədqiqat şirkətinin ekspertlərinin proqnozuna görə, 2019-cu ilədək dünyada istifadə olunan kompüterlərin 60 faizdən çoxu «Windows 10» əməliyyat sistemi ilə işləyəcək.


"Windows 10 istifadəçilərinin ən azı 50 faizi kompüterlərini jestlərin və ya səsin köməyi ilə idarə etməyə başlasalar, bu o deməkdir ki, sözügedən funksiya dünya kompüter parkının 33 faizində tətbiq ediləcək", – deyə «Gartner»in analitiki Lilian Tey düşüncələrini bölüşüb.


Müəllif:

Oxşar xəbərlər