Rusiyanın ilk sosial şəbəkəsi olan "Одноклассники" istifadəçiləri arasında özünün xüsusi pul köçürmələri xidmətini buraxır.
Köçürmənin maksimal məbləği 8 min rubl (təxminən 100 dollardan bir az çox) təşkil edir. Yeni xidmətin işə salınmasını sosial şəbəkənin bank tərəfdaşı olan "VTB 24" təsdiqləyib.
Bir köçürməyə görə komissiya haqqı 30 rubl (0,4 dollar) təşkil edəcək. Köçürmələri Rusiya bankları ilə emitent olunmuş beynəlxalq ödəniş sistemləri "Mastercard", "Maestro", "Visa" kartları ilə həyata keçirmək mümkündür. Əgər köçürmə üç gün ərzində qəbul olunmazsa, o zaman pul göndərənin bank kartına qaytarılır. Komissiya məbləğdən və texnologiyadan asılı olaraq 1,5-2 faiz təşkil edəcək.
Qeyd edək ki, "Одноклассники" sosial şəbəkəsinin gündəlik auditoriyası 50 milyon nəfər təşkil edir.