Görüləcək çox iş var. Liviya qarmaqarışıq bir savaş meydanıdır. Lakin prezident Ərdoğandan, prezident Putindən, kansler Merkeldən, eləcə də BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Selamidən səmimi təkliflər oldu. Onlar riskləri azaldıb atəşkəsi həyata keçirəcəklərini dilə gətirdilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Berlin konfransını tərk etdikdən sonra təyyarədə jurnalistlərə deyib.
Dövlət katibi Liviya prosesini yaxından izləyəcəklərini qeyd edib:
“Artıq daha az zorakılığın və şiddətin olacağına ümid edirəm. Maraqlı bütün tərəflərin Liviyada silah embarqosuna əməl edəcəklərini gözləyirəm”.