7 Yanvar 17:04
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna 1996-cı ildə Moskvada bağlanmış “Böyük Vətən müharibəsi veteranlarının hərbi qəbiristanlıqları və hərbi abidələri ziyarət etməsi haqqında” sazişdən çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna hökumətin nümayəndəsi Taras Melnıçuk məlumat verib.

“Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumətləri adından 1996-cı il oktyabrın 18-də Moskvada imzalanmış “Böyük Vətən müharibəsi veteranlarının və onlara bərabər tutulan vətəndaşların hərbi qəbiristanlıqları və hərbi abidələri ziyarət etməsi haqqında” sazişdən çıxıb.

Xatırladaq ki, Ukrayna 2024-cü ilin sentyabrında MDB ölkələrinin iştirakı ilə bağlanmış iki müqavilədən də çıxmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər