7 Yanvar 17:40
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə İranda ən azı 901 nəfərin edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

BMT İranın daim artan edam dalğasını dayandırmasının vaxtının çatdığını vurğulayıb.

Xatırladaq ki, İranda qətl, narkotik alveri, zorlama və cinsi təcavüz kimi cinayətlərə görə ölüm cəzası tətbiq edilir. Beynəlxalq insan haqları təşkilatları Tehranın edam cəzasından etnik azlıqlar və öz müxaliflərinə qarşı sui-istifadə etdiyini də bildirirlər.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər