7 Yanvar 17:40
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının sədri Abdullah Gülər terror cinayətkarları da daxil olmaqla ümumi amnistiya və PKK terror təşkilatının lideri Abdullah Öcalan üçün isə ev dustaqlığı olacağı iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, AKP rəsmisi mediada yayılan iddianı təkzib edib.

“Bu hadisələrə “o olmasa, bu olmaz” kimi şərti, bir-biri ilə bağlı proseslər kimi yanaşmağı düzgün hesab etmirəm. Amnistiya kimi bir məsələ hazırda gündəmimizdə deyil”, - Gülər deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər