12:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Borussiya Dortmund" klubunun baş məşqçisi Nuri Şahin tutduğu vəzifədən ayrılıb.

Teleqraf.com xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda səfərdə "Bolonya"ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra istefa verib.

36 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında məqsədinə çatmadığı üçün təəssüfləndiyini dilə gətirib: “Təəssüf ki, mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərə çata bilmədik. Kluba gələcəkdə uğurlar arzulayıram”.

Qeyd edək ki, "arılar" Bundesliqada 18 turdan sonra 25 xalla 10-cu pillədə, Çempionlar Liqasında isə 7 oyuna 12 xal toplayaraq 13-cü sırada qərarlaşıb.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər