12:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə qeyri-neft ixracının həcmi 288,2 milyon ABŞ dollarına bərabər olub.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.

V.Qasımlı bildirib ki, qeyri-neft ixracında beş ölkə əsas yer tutub. Bunlar İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və Qazaxıstandır.

İxrac edilən məhsulların strukturuna gəlincə, beşlikdə qiymətli metallar, qənnadı məhsulları, süd məhsullları, pambıq mahlıcı yer alıb


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər