27 Aprel 2022 18:30
2 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ilə görüşüb.

Bu barədə Teleqraf.com-a ANAMA-dan məlumat verilib.

Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi bildirib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür.

Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq infrastukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com