1 İyul 2014 12:15
3 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Şayiq Abbasov dostunun anasını zorlayıb. O, qadını zorlayandan sonra evdən oğurluq edilib. Teleqraf.com-un xəbərinə görə, hadisə 2013-cü il iyulun 6-da baş verib.

Şayiq Abbasov iyulun 6-da yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndindəki toy məclisində iştirak edib. O, həmin məclisdə spirtli içki qəbul edib və saat 17 radələrində sərxoş vəziyyətdə özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib. O, tək yaşayan həmkəndlisi, 1959-cu il təvəllüdlü Vəfanın (ad şərti verilib) evinə gəlib. O, yataq otağında yorğan-döşəyin altından 200 manatı oğurlamaq istəyib. Bu zaman həyətdə toyuqlara dən verəndən sonra evinə qayıdan Vəfa Şayiqi dəhlizdə görüb. Vəfa onu söyərək evi tərk etməsini tələb edib.

Bundan sonra Şayiq Abbasov Vəfanın evi tərk etmək tələbinə əhəmiyyət verməyib və cinayətkar əməllərini davam etdirib. O, Vəfaya zorakılıq göstərməklə cinsi əlaqədə olmaq istəyib.

Şayiq Vəfanın üzərinə hücum edərək boynundan və ağzından tutaraq qışqırmasının qarşısını alıb. O, qadını dəhlizindəki masanın üzərində olan mətbəx bıçağı ilə öldürəcəyi ilə hədələyib və qadının müqavimətini qırıb. O, qadını xalçanın üstünə yıxaraq onunla cinsi əlaqədə olub. Şayiq qadını zorlayandan sonra gedib. Qadının şikayəti əsasında Şayiq həbs edilib.

“Vəfa ilə həmişə yaxşı münasibətim olub”

Teleqraf.com-un araşdırmasına görə, Şayiq Abbasov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Şayiq Abbasov bildirib ki, iyulun 6-da həmkəndlisi Ehtiramın kənddəki evinin qarşısında oğlu Əliyə çadır toyu təşkil etməyə hazırlaşıb. Onun sözlərinə görə, həmin toy çadırının qurulması ona tapşırılıb: “İyulun 5-də qonşuların köməyi ilə toy çadırını qurduq. Səhəri gün günorta saat 13.00-da toya getdim. Toy məclisində araq və pivə içsəm də, özümü idarə edə bilmişəm. Axşam saat 16-17 radələrində evə getmək üçün toydan çıxdım. Kənd yolunda qonşumuz Vəfa ilə qarşılaşdım. Vəfa ilə həmişə yaxşı münasibətlərim olub. Anamgil Bakıya köçməmişdən əvvəl həmişə ailələrimiz arasında gediş-gəlişləri olub. Özüm də hərdən Vəfagilə getmişəm”.

“Vəfa həmişəki kimi yanağımdan öpdü”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, toydan çıxandan sonra yolda Vəfanı görüb. O, deyib ki, həmin vaxt Vəfa ilə salamlaşıblar: “Görüşəndə Vəfa həmişəki kimi yanağımdan öpdü və haradan gəlib, hara getməyim ilə maraqlandı. Vəfaya Ehtiramın oğlunun toy məclisindən çıxıdığımı, evə getdiyimi bildirdım. Həmin vaxt Vəfanın əlindəki boya vedrəsi ilə sellofan torbada olan yükü kömək məqsədilə götürdüm. Yolda söhbət zamanı Vəfa neçə vaxtdır məndən xoşu gəldiyini dedi. Vəfa məni evinə dəvət etdi. Onun təklifi ilə razılaşaraq paltarlarmı dəyişəndən sonra gələcəyimi bildirdım. Əlimdəki yükü küçənin başına kimi daşıdım və sonra evimə tərəf getdim”.

“Vəfanın çimməyinə tamaşa etdim”

Şayiq Abbasov ifadəsində qeyd edib ki, evə gedərək toy paltarını dəyişib və köhnə paltarlarını geyinib. Onun sözlərinə görə, həyat yoldaşı Rəhiməni aldadaraq çadırdakı sərinlədiciləri qoşmağa getdiyini söylib və Vəfagilə gəlib: “Həyətə girmək üçün yan tərəfində olan qapının cəftəsini çəkdim və həyətə daxil oldum. Evin pilləkənlərinə tərəf yaxınlaşanda Vəfa qabağıma çıxdı. Həmin vaxt Vəfa çimmək istəyirdi. Vəfa mən onunla cimməyi təklif etdi. Onun təklifi ilə razılaşmadım. Bir kənara çəkilərək, Vəfanın çimməyinə tamaşa etməyə başladım. Vəfa ciməndən sonra xalatını geyindi və qoluma girərək birlikdə evə girdik. Vəfa qapını arxadan bağlayandan sonra yataq otağına keçdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vəfa yataq otağının giriş qapısının yanında olan taxta uzanmaqlarını istəyib. Şayiq isə taxtın narahat olacağını deyərək yerdə cinsi əlaqədə olmaq istədiyini bildirib: “Yerdə uzanandan sonra Vəfanın bədəninin müxtəlif yerlərini tumarlayaraq, üz-gözündən öpdüm. Sonra corabımdan başqa əynimdəki bütün paltarlarımı çıxardım. Vəfa da xalatı boğazına qədər çəkdi. Sonra Vəfa ilə cinsi əlaqədə oldum”.

“Polislərin məni gözlədiyini gördüm”

Şayiq Abbasovun ifadəsinə görə, cinsi əlaqədə olandan sonra həyətə çıxıb və pilləkənlərin yanında yuyunub. Onun sözlərinə görə, yuyunandan sonra yataq otağında olan paltarlarını geyinib: “Otaqda paltarlarımı geyinən zaman Vəfa əlində pultla şüşəbənddə televizora baxırdı. Paltarlarımı geyinəndən sonra Vəfa ilə bir-birimizin yanağından öpərək sağollaşdıq. Vəfa pilləkənlərdən düşərək məni yola saldı. Vəfagildən çıxandan sonra Ehtiramın oğlu Əlinin toyuna tamaşa etməyə getdım. Toyda olarkən, həyat yoldaşım mənə zəng vurdu və polislərin məni gözlədiyini dedi. Bundan sonra evə gəldim. Evə çatanda polis əməkdaşlarının məni gözlədiyini gördüm”.

“Vəfanı nə zorlamışam, nə də evindən oğurluq etmişəm”

O, qeyd edib ki, polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon Polis Şöbəsinə gedib. Onun sözlərinə görə, polis şöbəsində Vəfanın şikayəti ilə saxlanıldığını bilib. O, bildirib ki, Vəfa ilə könüllü olaraq cinsi əlaqədə olub. O, Vəfanın evindən oğurluq etmədiyini deyib: “Vəfanı nə zorlamışam, nə də evindən oğurluq etmişəm. Əvvəllər zərərçəkmiş şəxslə münasibətimiz yaxşı olub. Onun oğlu ilə dost olmuşam. Buna baxmayaraq, əvvəllər də Vəfa məni oğurluqda günahlandırıb”.

“Saçımdan tutaraq dəhlizdəki xalçaya tərəf sürdü”

Zərərçəkmiş Vəfa Əliyeva deyib ki, iyulun 6-da, saat 17:00-da toyuq-cücəni yemləmək üçün həyətə düşüb. Onun sözlərinə görə, toyuqları yemləyəndən sonra evə qayıdan zaman pilləkənlərin ən aşağı pilləsində qara rəngli bir cüt kişi ayaqqabısı görüb: “Eyvana daxil olan zaman Şayiqi gördüm. Şayıq yataq otağından çıxaraq üstümə gəldi. Şayiqdən evi tərk etməyi tələb etdim. Həmin vaxt Şayiq sərxoş vəziyyətdə idi. Daha sonra Şayiq eyvandakı stolun üstündən mətbəx bıçağını götürdü və üstümə gəldi. Qışqırmaq istəyən zaman Şayiq əlindəki bıçağı yerə ataraq ağzımdan tutdi və məni qışqırmağa qoymadı. Bundan sonra Şayıq saçımdan tutaraq dəhlizdəki xalçaya tərəf sürdü. Həmin xalçanın üzərində Şayıq sinəmə çökdü. O, əynimdə olan paltarımı çıxardı və zorla mənimlə cinsi əlaqədə oldu. Həmin vaxt Şayiqə nə qədər müqavimət göstərməyə çalışsam da, üstümə uzandığı üçün ona gücüm çatmadı. Şayiq mənimlə məcbur 1-2 dəqiqə cinsi əlaqədə oldu. Ondan sonra yaxınlıqda olan divana tərəf çevrildi. Həmin vaxt birtəhər Şayiqin altından çıxaraq qonşuluqda yaşayan dayım qızıgilə qaçdım. Şayiq da arxamca qaçaraq məni tutmaq istədi. Amma pilləkənlərdə yıxıldığı üçün məni tuta bilmədi. Dayım qızına Şayiqin sərxoş vəziyyətdə evimə girdiyini, məni döydüyünü söylədim. Dayım qızı ilə birlikdə evimə qayıtdım. Həmin vaxt isə Şayiq artıq evdə deyildi. Dayım qızı ilə birlikdə yataq otağına girəndə otaqdakı yorğan-döşəyin dağılmış vəziyyətdə olduğunu gördüm. Yorğan-döşəyin altına baxdığım zaman orada gizlətdiyim 200 manat pulun yerində olmadığını gördüm. DİN-nin 102 xidmətinə zəng edərək Şayiqin evimdən 200 manat pul oğurlaması barədə məlumat verdim. Lakin utandığım üçün, həm də həddi-buluğa çatmış iki oğlum olduğundan nə DİN-nin 102 xidmətinə, nə də ki, dayım qızına Şayiqin məni zorlaması barədə heç nə deməmişəm. Təqsirləndirilən şəxsdən şikayətçiyəm. Hərəkətinə görə onu bağışlamıram və daha ağır şəkildə cəzalandırılmasını xahiş edirəm”.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Şayiq Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Şayiq Abbasov narazı qalıb. O, apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şayiq Abbasovun şikayəti rədd edilib.

Hacı Zeynalov


Müəllif: