1 İyul 2014 13:10
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onlar ən qorxunc insanlardır"

Bir neçə gündür ki, Ramzan ayı başlayıb.

Teleqraf.com xəbər verir ki, müsəlman aləmində on bir ayın sultanı hesab edilən bu ayda şou-biznes nümayəndələri arasında oruc tutanlar da var, tutmayanlar da.

Xalq artisti Flora Kərimova oruc tutmayacağını deyib. O, bildirib ki, oruc tutmaq üçün özünü tam hazır hiss etmir:

“İslamın çox dərinlikləri var. Həmçinin oruc tutan zaman da bəzi prosedurlara əməl etmək lazımdır. Mədə-bağırsağı yumaq lazımdır ki, orada olan qida qalıqları ac qalan zaman qana sorulmasın”.

F.Kərimova Azərbacyanda son günlər aktual olan vəhhabi mövzusuna da toxunub. Deyib ki, dini müxtəlif qollara parçalayanlar arasında ən qorxulusu məhz vəhhabilərdir:

“Allah bizi vəhhabilərdən qorusun. Onlar çox təhlükəlidir. Saqqalları uzun, şalvarları qısa... Bu insanlar kimlərdir və nə istəyirlər? Onlar özlərini əsil müsəlman və xalis tövhid əhli bilirlər. Mən həyatımı, ömrümü pis-yaxşı yaşamışam. Gənclər üçün narahatam”.

Aytən Həsənova


Müəllif:

Oxşar xəbərlər