10 İyul 2014 15:07
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud 26 uşağı Latviya Respublikasına bərpa müalicəsinə yola salıb.

Telqraf.com-un xəbərinə görə, həmin ölkənin Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzində uşaqlara bərpa müalicə xidməti göstəriləcək.

Cari ilin aprelindən “Vaivari” Milli Mərkəzinə ümumilikdə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq yola salınıb. Bu ay ərzində daha 20 nəfər uşağın həmin mərkəzə göndərilməsi planlaşdırılır. Beləliklə, cari il ərzində ötən illə müqayisədə 35 faiz çox, yəni 106 nəfər bu qəbildən olan uşağın xaricdə bərpa müalicəsi nəzərdə tutulub.

Uşaqlar valideynlərindən birinin müşaiyəti ilə xaricə yola salınır. Uşaqların və valideynlərinin adıgedən mərkəzdə yerləşməsinə, orada bərpa müalicə xidmətinin təşkilinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN aidiyyəti struktur bölmələrindən olan əməkdaşlar da Latviyaya ezam olunurlar.

Naibə


Müəllif: