19:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsinin Gəncədən olan şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva dünyasını dəyişib.

Teleqraf.com-un qərb bürosunun məlumatına görə, anidən səhhəti pisləşən Almaz Əliyeva xəstəxanaya çatdırılıb.

Beyin qanaması diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. O, "İmamzadə" qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, mərhum Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi, Goranboy, Füzuli, Cəbrayıl və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən və yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında həyatını itirən şəhid Mehrab Əliyevin anasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər