19:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.

Məlumata görə, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər