15 İyul 2014 16:04
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın maliyyə yardımı ilə Biləsuvarda tikilmiş ikimərtəbəli xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, tikiliş və dizaynına görə seçilən yeni klinikanın nazirliyin balansına verilməsi yerli əhali üçün böyük hədiyyə kimi qiymətləndirilib. 2013-cü ilin sentyabr ayından Biləsuvar Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığından rayon əhalisi müəyyən çətinliklərlə üzləşib. Bu da öz növbəsində müəyyən vaxt itkisinə səbəb olub.

Qısa vaxt ərzində Səhiyyə Nazirliyi xəstəxananı müasir tələblərə cavab verən lazımi tibbi avadanlıq və ləvazimatlarla tam təmin edib. Hazırda hər cür müasir avadanlıqlarla təchiz edilmiş 38 çarpayılıq yeni xəstəxana rayon sakinlərinin tələbatını ödəyir. Xəstəxanada uşaq poliklinikası, uşaq stasionar və doğum şöbələri fəaliyyət göstərir.

Naibə


Müəllif: