2 Noyabr 21:56
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial mediada ADY (Azərbaycan Dəmir Yolları) Kart adı altında saxta səhifələr açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qeyd edilir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər