3 Noyabr 16:58
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.

Xidmətdən Teleqraf.com-a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

Noyabrın 04-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər