9 Noyabr 17:40
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadın keçmiş icra başçısı, hazırda həbsdə olan Namiq Zeynalova məxsus olduğu deyilən restoran bu günlərdə satılıb.

Teleqraf.com xəbər verir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən restoranın satın alınmasına 8 milyon manat xərclənib.

Məlumata görə, söhbət Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən və böyük əraziyə malik “La Chateau” restoranından gedir. “Sevgi dolu anları özündə əks etdirən məkan” devizi ilə fəaliyyət göstərən restoranın hansı səbəbdən və indi niyə satıldığı barədə konkret bilgi yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər