6 Dekabr 22:06
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanası direktorunun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyinat alıb.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov N.İbadovanı kollektivə təqdim edib.

N.İbadova bu təyinata qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər