26 Dekabr 13:27
206
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.

“Azərbaycan Hava Yolları QSC-yə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərini dərin hüznlə eşitdik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazırıq”, - Metyu Miller vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər