Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edir.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.
Günün ikinci yarısında isə ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa baş tutacaq.
Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da proqrama daxil edilib.
Konfrans dekabrın 8-dək davam edəcək.