26 Dekabr 11:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moskvadakı səfirliyində başsağlığı kitabı açılır.

Bu barədə Teleqraf.com Rusiyadakı diplomatik missiyanın məlumatına istinadən xəbər verir.

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar dekabrın 26-da saat 16:00-dan 18:00-dək və dekabrın 27-də saat 14:00-dan 16:00-dək Azərbaycan Respublikasının səfirliyində başsağlığı kitabı açılacaq", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected] ünvanına da göndərmək mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər