Azərbaycan banklarına xaricdən göndərilən pul azalıb.
Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında sürətli pul köçürmə sistemlər ilə xaricdən Azərbaycan banklarına 1 milyard 561 milyon manat daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 706.2 milyon manat azdır.
Eyni zamanda bu ilin 11 ayında Azərbaycandakı banklar vasitəsilə xaricə göndərilən pul da 82.6 milyon manat azalaraq 482,2 milyon manat olub.