7 Dekabr 16:39
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq hüquq çöküb və çağırışlara cavab verə bilmir".

Teleqraf.com xəbər verir ki, bunu ADA Universitetində keçirən "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda müzakirələr zamanı Milli Məclisin sədr müavini Əli Əhmədov deyib.

O bildirib ki, dünyada güc amili önə çıxıb:

"Dünyadakı problemlərdən dolayı insanlar əziyyət çəkir. Ukraynada, Qəzzada xeyli sayda vətəndaş həyatını itirir. Bu halda parlamentin rolu daha da artır. Parlament təkcə qanunlar qəbul etmir, eyni zamanda ölkələrarası münasibətləri də normallaşdırır. Regional məsələlərdə parlament diplomatiyasının səyini artırmaq şərtdir. Zülmə son verib Qarabağı azad etdikdən sonra Cənubi Qafqazda yeni sülh şəraiti yaranıb. Burada da parlamentin rolu ön plana çıxa bilər. Həmçinin bəzi ölkələr başqa dövlətlərin daxili işlərinə qarışır. Parlament diplomatiyası bununda qarşısını almaqda hərəkətə keçməlidir və keçir".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər