7 Dekabr 18:00
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nərimanov rayonu 202 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasında və “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsində, Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində və Gəncə şəhər 7 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayon Qaraağacı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Siyəzən şəhəri 5 nömrəli tam orta məktəbində və Quba - Xaçmaz Regional Təhsil İdarəsində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul rayon Kolanı kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər