9 Dekabr 14:31
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin bitməsinə baxmayaraq, Azərbaycan hələ də təzyiq altındadır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı müzakirələrdə deyib.

O qeyd edib ki, diplomatların üzərinə düşən məsuliyyət daha da böyüyüb:

"Azərbaycan bir neçə həftə əvvəl COP29 kimi böyük tədbirə ev sahibliyi etdi. Yekun qərarların qəbul olunmasında bizim diplomatlarımızdan ibarət qrupun böyük rolu oldu. Diplomatlarımız qısa müddət ərzində iqlim mütəxəssisinə çevrilərək, danışıqları aparıb, tərəfləri konsensusa gətirə bildilər. Şahid oldum ki, diplomatlarımız iqlim mütəxəssisi kimi çıxış edirdilər. Rəsmilərimiz bundan sonra da iqlim diplomatiyasına böyük töhfə verəcəklər".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər