8 İyul 2014 16:40
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Füzuli rayon sakini Bəxtiyar İbrahimovun və Mənsur Məhərrəmovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bəxtiyar İbrahimov 26 iyul 2013-cü il tarixdə Bakı-Quba avtomagistral yolunun 37-ci kilometrliyində idarə etdiyi “VAZ-21015” markalı avtomobillə qarşıdan gələn Mənsur Məhhərəmovun sürdüyü “VAZ-217230” markalı avtomobillə toqquşub.

Nəticədə, “VAZ-217230” markalı avtomobildə olan sərnişinlər - 2013-cü il təvəllüdlü Əsnad Məhərrəmli ölüb, 1998-ci il təvəllüdlü Sərxan Kəbirov xəsarət alıb.

Araşdırmalar zamanı hər iki sürücünün günahkar olması müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Mənsur Məhərrəmov 2 il şərti cəza alıb və məhkəmə zalında həbsdən azad edilib.

Hökmdən narazı qalan Bəxtiyar İbrahimov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Bəxtiyar İbrahimovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: