9 İyul 2014 17:36
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Qarayev Seyfəddin Eldar oğlunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Bəsti Zeynalovaya odlu silahdan atəş açaraq onu qəsdən öldürməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, maddi sübutlar, o cümlədən cinayətin aləti olan ov silahı, dolu patronlar və boş gilizlər götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən tarixdə Seyfəddin Qarayev yaşadığı evin yaxınlığındakı küçədə ailə münaqişəsi zəminində Bəsti Zeynalovaya ov tüfəngindən bir dəfə atəş açaraq onu qəsdən öldürüb. Daha sonra S.Qarayev yaşadığı evə daxil olaraq həmin tüfənglə özünə də bir dəfə atəş açaraq xəsarət yetirib. Ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən S.Qarayev həmin gün aldığı xəsarətlərdən orada ölüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər