Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq cinayəti törətməkdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanovun məhkəməsi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər bu ilin yanvarın 11-də, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda Kürdəmir rayon sakini Ceyhun Ərəbxanovu döyüblər.
Onlar Ceyhun Ərəbxanovun mobil telefonunu və pulunu alıblar. Həmin şəxslərdən biri 82 nömrəli avtobusun sürücüsü olub.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanov həbs edilib.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 25-nə təyin olunub.
Hacı Zeynalov