Bakı Apelyasiya Məhkəməsində iki kriminal avtoritetin adamları arasında dava düşüb.
Teleqraf.com-un xəbərinə görə, hadisə məhkəmənin məhkumlar üçün nəzərdə tutulmuş gözlənmə otağında baş verib.
Kriminal aləmin nüfuzlu şəxsi sayılan “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları ilə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun adamları arasında dava düşüb.
Tərəfləri sakitləşdirə bilməyən konvoylar gözyaşardıcı qazdan istifadə ediblər. Bundan sonra tərəfdarları sakitləşdirmək mümkün olub.
Hacı Zeynalov