30 İyul 2014 11:24
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır qətl hadisəsinin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Qeyd edək ki, Mehdiabad qəsəbəsində evdə yanğın baş verib, yanğın söndürüldükdən sonra qadın meyiti tapılıb. Abşeron rayonunun Mehdiabad qəsəbəsində Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra Məlahət Rəsulovanın meyiti tapılıb.

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğma yolu ilə qətlə yetirilməsi və evin yandırılması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər