Cəlilabad rayonunda narkotik alveri edən 4 nəfər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Bərdə şəhər sakinləri Sahib Ağayevdən, Mirsadiq Sadıqovdan, Bakı şəhər sakinləri Pərviz Musayevdən və Elnur Babayevdən 5 kiloqram 006 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov