Göygöl rayonunun Üçtəpə kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2107” markalı və Bakı şəhər sakini Ramin Əbdülrəhmanovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub.
Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Yeganə hadisə yerində ölüb, özü və digər sərnişini anası Məlahət Quliyeva xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov