3473 şagird olimpiadada iştirak edib
11 yanvar 2015-ci il tarixdə Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. Bakı şəhəri Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin 12 rayonunu əhatə etmiş fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunub.
Bakı şəhərinin 12 rayonunu əhatə etmiş fənn olimpiadalarında Yasamal rayonu üzrə 343, Nizami rayonu üzrə 258, Nəsimi rayonu üzrə 282, Suraxanı rayonu üzrə 371, Sabunçu rayonu üzrə 400, Səbail rayonu üzrə 207, Nərimanov rayonu üzrə 239, Xəzər rayonu üzrə 228, Binəqədi rayonu üzrə 435, Qaradağ rayonu üzrə 196, Xətai rayonu üzrə 484, Pirallahı rayonu üzrə 30 nəfər şagird iştirak edib.
Saat 10:00-dan başlayaraq 3 saat davam edən bu mərhələdə ümumilikdə 3473 nəfər şagird özünü sınayıb.
Bu il ilk dəfə olaraq fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçirilib.
Qeyd edək ki, bu mərhələdə müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.
SEVİL