İndoneziyanın Azərbaycandakı səfirliyi noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Birinci İndoneziya Mədəniyyət Festivalı keçirir.
Teleqraf.com xəbər verir ki, bu tədbir İndoneziyanın rəngarəng mədəniyyətini əks etdirir.
Festival çərçivəsində kiçik yarmarka təşkil olunub. Yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları, həmçinin kitablar və digər çap məhsulları yer alıb. Eyni zamanda, fotosərgi də təqdim edilir.
Festivalın açılış mərasimində qonaqları salamlayan İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani belə bir tədbiri keçirməkdən şad olduqlarını söyləyib. Bildirib ki, bu festival İndoneziyanın zəngin mədəni irsini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək üçün əlverişli imkandır.
Diplomat qeyd edib ki, festivala İndoneziyadan dəlmiş 150 nəfər qonaq da qatılıb.
Sonra İndoneziyanın milli rəqsləri və musiqiləri təqdim edilib. Festival sabah da davam edəcək.