Türkiyənin məşhur müğənnisi Ajda Pekkan özünün “Ajda Pekkan By Zeynep Kartal” kolleksiyasını fevralın 17-də London moda həftəsində sərgiləyəcək.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ajda Pekkan Avropada dünya ulduzları ilə işləyən məşhur moda dizayneri Zeynəb Kartal ilə 25 özəl paltar hazırlayıb.
Müğənni ilk dəfə özünün yaratdığı marka ilə moda sektorunda addım atdığını deyib: “Musiqidən sonra sevdiyim ikinci iş moda dünyasıdır. Bu günə kimi çoxsaylı təkliflər aldım, amma bu layihənin mötəbər beynəlxalq arenada sərgilənməsi məni daha da həvəsləndirdi”.
Müğənni moda eşqini içində yatan aslan adlandırıb: “Doğuşa hazırlaşan qadın qədər həyəcanlıyam. Qəribə hissdir”.