13 Mart 2018 13:05
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Report-a açıqlama verən xalq artisti bildirib ki, havaların dəyişməsi ona pis təsir edib:

“Havalar yaxşı idi deyə nazik geyinirdim. Buna görə də soyuqlamışam. Amma müalicələrimi davam etdirirəm. Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm. Yəni, hər şeydən bir az var. Özümü yaxşı hiss etmirəm”.

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.


Müəllif: Teleqraf.com