24 İyun 2020 11:50
8 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib.

Qeyd olunub ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.


Müəllif: Teleqraf.com