3 İyun 2022 23:56
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı II “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tamaşa qəbulu 15 oktyabra qədər davam edəcək.

“Şuşa ili”nə ithaf olunan festivalın məqsədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə fəaliyyəti ilə milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etməkdir.

Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq II “4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur. Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.

Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir.

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Birinci yerin qalibinə 5000 AZN veriləcək. İkinci yerin qalibi 3000 AZN, üçüncü yerin sahibi isə 1500 AZN-lə mükafatlandırılacaq.


Müəllif: Nərmin Muradova