5 Aprel 2015 15:49
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadə vaxtilə bir çox filmlərdə ifa etdiyi musiqilərdən danışıb.

Publika.az-a danışan müğənni həmin filmlərin ekrana çıxdığı vaxtlarda insanlar tərəfindən çoxlu sayda məktublar aldığını bildirib:

“O vaxtlar “Dədə Qorqud” filmində ifa etdiyim mahnılar çox məşhur idi. Mənə yaxınlaşıb həmin filmə məhz bu musiqiləri dinləmək üçün baxdıqlarını deyənlər də olurdu. Hətta mənə məktublar da yazırdılar. O mahnılar mənə də çox əzizdir. İlk dəfə kinolarda səsləndirdiyim həmin musiqiləri sonralar mütəmadi şəkildə efirlərdə ifa etmişəm. Amma insanların yaddaşında o mahnılar kinofilmlərin musiqiləri kimi qalıb”.


Müəllif: