8 May 2015 00:34
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Birinci Avropa Oyunlarının simvolu olan məşəlinin növbəti ünvanı Qarabağ torpağı - Füzulinin Horadiz şəhəri olub.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın şəhər və rayonlarına aparılan Birinci Avropa oyunlarının məşəli bu gün cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirilib. Avropa oyunları məşəlinin Horadizdə təntənəli qarşılama mərasimi keçirilib.

Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra rayonun ümumtəhsil məktəblərinin 10 nəfər idman müəllimi məşəli növbə ilə bir-birinə ötürərək, 4 kilometr məsafəni qət edib. Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçəndən sonra, məşəl Alov Festivalının keçiriləcəyi Qəhrəmanlar parkına gətirilib.

Qəhrəmanlar parkında keçirilən festival rayon sakinləri tərəfindən böyük coşqu hissi ilə qarşılanıb. Mərasimdə Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər