8 May 2015 13:12
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” Birinci Avropa Oyunlarına 35 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Xalq artisti Faiq Ağayev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tam dəstəkləyirəm. Bundan öncə “Eurovision” musiqi yarışmasının vətənimizdə keçirilməsini necə ürəyimcəydisə, buna da elə sevinirəm. Çünki belə tədbirlər ölkəmizi xaricilərə tanıtmaq şansıdır. Ən azından bu yolla biz Qarabağ dərdimizi bütün dünyaya anlada bilərik. Bu, bizim üçün ermənilərə göz dağı vermək şansıdır. Bayrağımızı yüksəklərə qaldırmaq, idmançılarımızın uğurlarını görmək şansıdır. Düşünürəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə böyük xeyir gətirəcək. Bütün hərfləri böyük olmaq və sonda 3 nida işarəsi qoymaqla DƏSTƏKLƏYİRƏM!!!”

Faiq Ağayev yarışları canlı izləmək niyyətindədir. Ancaq bilet almayıb: “Hələ vaxt var. Biletləri bu səbəbdən almamışam. Alacağam. Biletlər hələ ki satışda var”.


Müəllif:

Oxşar xəbərlər