I Avropa Oyunları Azərbaycanın parlaq tarixində həmişəlik qalacaq böyük və bu əhəmiyyətli hadisədir.
Trend-in məlumatına əsasən, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.
Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək, ölkəni daha çox tanıdacaq və turistlərin cəlb olunmasına imkan yaradacaq:
“Əminəm ki, Azərbaycan I Avropa Oyunlarını uğurla həyata keçirəcək. Qonaqlar yaxşı qarşılanacaq, çünki ölkə qonaqpərvərliyi ilə məşhurdur. Bundan başqa, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Bakıda keçiriləcək I Avropa Oyunlarının uğuruna şübhə etmirəm”.